Əraqçi: "Hörmüz boğazında yeni marşrut hazırlanır"
İran Hörmüz boğazının idarə olunmasının hüquqi aspektləri və gəmi marşrutlarının müəyyənləşdirilməsi ilə bağlı Omanla danışıqları davam etdirir.
TodayPress TV xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Onun sözlərinə görə, tərəflər arasında danışıqlar davam edir və razılaşmanın əldə olunmasına çox yaxındırlar.
Əraqçi qeyd edib ki, mövcud gəmi marşrutu Tehran üçün qəbuledilməzdir. Bu səbəbdən yeni marşrutun hazırlanması nəzərdə tutulur.
Nazir bildirib ki, yeni marşrutun müəyyənləşdirilməsi hüquqi və texniki baxımdan bir sıra çətinliklərlə müşayiət olunur. Yeni marşrut hazır olana qədər isə gələcək marşrut üçün əsas kimi istifadə ediləcək müvəqqəti marşrut nəzərdən keçiriləcək.
Türkan İsgəndərli