İran XİN başçısı Xəzər dənizinin hüquqi statusu haqqında danışdı

İran XİN başçısı Xəzər dənizinin hüquqi statusu haqqında danışdı
08.08.2026 17:24 Dünya

İran xarici işlər naziri Abbas Əraqçi Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın parlamentdə təsdiqlənməsi məsələsinə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, Əraqçi Konvensiyanın 2019-cu ildə əvvəlki hökumət tərəfindən qərar qəbul edilməsi üçün parlamentə təqdim edildiyini deyib.

Nazirin sözlərinə görə, Xəzəryanı digər dörd ölkə artıq Konvensiyanı qəbul edib. İranın da sənədə qoşulması parlamentin təsdiqindən asılıdır.

Əraqçi qeyd edib ki, Rusiya da daxil olmaqla bəzi ölkələr Konvensiyanın mümkün qədər tez icra olunmasını istəyir.

O, sənədin əsas xüsusiyyətlərindən birinin Xəzər dənizində heç bir xarici hərbi qüvvənin yerləşdirilməsinə imkan verməməsi olduğunu vurğulayıb.

TodayPress TV

XƏBƏR LENTİ
08 AVQUST 2026
Bütün Xəbərlər