Britaniyadan Azərbaycan və Ermənistan liderlərinə mesaj: “Tarixi addımı yüksək qiymətləndiririk

Britaniyadan Azərbaycan və Ermənistan liderlərinə mesaj: “Tarixi addımı yüksək qiymətləndiririk”
08.08.2026 12:49 Dünya

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Azərbaycan və Ermənistan arasında sülhə doğru atılan addımı alqışlayıb.

TodayPress TV xəbər verir ki, səfirliyin bəyanatında sülh prosesində mühüm rol oynayan liderlərin siyasi iradəsinin yüksək qiymətləndirildiyi bildirilib.

“Davamlı dialoq və əməkdaşlıq gələcək nəsillər üçün təhlükəsiz və firavan regionun qurulması baxımından vacibdir”, – bəyanatda qeyd olunub.

Böyük Britaniya uzunmüddətli və davamlı sülhün əldə olunması istiqamətində göstərilən səyləri dəstəkləməyə davam edəcəyini açıqlayıb.

TodayPress TV

XƏBƏR LENTİ
08 AVQUST 2026
Bütün Xəbərlər