ABŞ-dən Kolumbiyaya 1 milyard dollar - SƏBƏB

ABŞ-dən Kolumbiyaya 1 milyard dollar - SƏBƏB
08.08.2026 09:26 Dünya

ABŞ Kolumbiyanın yeni Prezidenti Abelardo de la Esprielyanın administrasiyasına dəstək üçün 1 milyard dollar ayıracaq.

TodayPress TV xəbər verir ki, Dövlət Departamentinin yaydığı açıqlamaya görə, vəsait təhlükəsizlik sahəsində yardım paketinə daxil olacaq.

ABŞ Konqreslə əməkdaşlıq çərçivəsində bu dəstəyi Kolumbiyaya təqdim etməyi planlaşdırır.

Maliyyənin əsas hissəsinin mütəşəkkil cinayətkarlıq və narkotik ticarətinə qarşı mübarizəyə yönəldilməsi nəzərdə tutulur. Vəsaitin bir hissəsi isə iqtisadi layihələrə, ticarətə və kritik mineralların hasilatına sərf ediləcək.

Kolumbiyanın yeni prezidenti də ABŞ-nin təşəbbüsü ilə yaradılan “Amerika Qalxanı” alyansına ölkəsinin qoşulacağını açıqlayıb.

De la Esprielya bildirib ki, təşəbbüs çərçivəsində ölkələr strateji məlumatları paylaşacaq və regional təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcəklər.

Prezident qərarını Kolumbiyanın qlobal cinayətkar şəbəkələrə qarşı təkbaşına mübarizə aparmasının çətin olması ilə əsaslandırıb.

O, həmçinin bütün ölkələrlə qarşılıqlı hörmət əsasında münasibətlərin inkişaf etdiriləcəyini və mövcud azad ticarət sazişlərinin gücləndiriləcəyini bildirib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
08 AVQUST 2026
Bütün Xəbərlər