Vellinqton ağ örpəyə büründü – 15 ildən sonra ilk dəfə qar yağdı!

Vellinqton ağ örpəyə büründü – 15 ildən sonra ilk dəfə qar yağdı!
08.08.2026 07:10 Dünya

Yeni Zelandiyanın paytaxtı Vellinqtonda son 15 ildə ilk dəfə qar yağıb.

TodayPress TV xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Avqustun 4-də qar həm Şimal, həm də Cənub adalarında, o cümlədən Kraystçerç və Danidin şəhərlərində müşahidə olunub. Cənub adasındakı üç meteoroloji stansiyada havanın temperaturunun mənfi 9 dərəcəyədək düşdüyü qeydə alınıb.

Qar və buzlaşma səbəbindən ölkədə bir neçə avtomobil yolu bağlanıb, bir çox məktəbdə dərslər ləğv edilib.

Polis buzlu yollar səbəbindən çoxsaylı avtomobilin yoldan çıxması hallarının qeydə alındığını bildirərək sakinləri zəruri olmadıqca səfərə çıxmamağa çağırıb.

Sosial şəbəkələrdə isə insanların küçələrdə xizək və snoubord sürdüklərini əks etdirən foto və videolar yayılıb. Onlardan birində xizəkçinin "Ginnesin Rekordlar Kitabı"na dünyanın ən dik küçəsi kimi düşən Danidin şəhərindəki Bolduin küçəsində sürüşdüyü görünür.

TodayPress TV

XƏBƏR LENTİ
08 AVQUST 2026
Bütün Xəbərlər