Yaponiyada güclü zəlzələ: Ölənlərin sayı artdı

Yaponiyada güclü zəlzələ: Ölənlərin sayı artdı
08.08.2026 09:00 Dünya

Yaponiyanın Kyuşu adasında baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 39 nəfərə yüksəlib.

TodayPress TV xəbər verir ki, 7,1 maqnitudalı zəlzələnin ən çox zərər vurduğu Kumamoto prefekturasının administrasiyası yeni məlumatları açıqlayıb.

Məlumata görə, hazırda xəstəxanalarda 23 nəfər ağır xəsarətlərlə müalicə olunur.

Təbii fəlakət nəticəsində 18 mindən çox binaya ziyan dəyib. Evə qayıda bilməyən təxminən 6,6 min nəfər isə müvəqqəti yerləşdirmə məntəqələrində qalır. Bölgədə temperaturun gün ərzində 40 dərəcəyə çatması dağıntıların təmizlənməsi və xilasetmə işlərini çətinləşdirir.

Kumamotoda elektrik enerjisinin verilişi bərpa edilib. Bu, həm müvəqqəti sığınacaqlarda, həm də evlərdə kondisionerlərdən istifadəyə imkan yaradıb.

Bununla belə, 36 mindən çox ev təsərrüfatı hələ də susuz qalıb. Su hərbçilərin köməyi ilə avtosisternlərlə əhaliyə çatdırılır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
08 AVQUST 2026
Bütün Xəbərlər