Britaniyada enerji böhranı dərinləşir: Borclar rekord həddə çatdı

Britaniyada enerji böhranı dərinləşir: Borclar rekord həddə çatdı
08.08.2026 08:24 Dünya

Böyük Britaniyada ev təsərrüfatlarının enerji şirkətlərinə olan borcu rekord səviyyəyə yüksəlib.

TodayPress TV xəbər verir ki, bu barədə "The Independent” məlumat yayıb.

Məlumata görə, ölkə üzrə enerji borcları son rübdə 5 faiz artaraq 4,79 milyard funt sterlinqə çatıb.

York Universitetinin araşdırmasına görə, enerji borcları əsasən Şotlandiya, Yorkşir və İngiltərənin şimal-şərq bölgələrində daha yüksəkdir.

2025-ci ilin martına qədər olan məlumatlara əsasən, həmin ərazilərdə ev təsərrüfatlarının ən azı 4,8 faizi qaz və ya elektrik ödənişlərini vaxtında edə bilməyib. Londonda isə bu göstərici 4,5 faiz olub.

Ən çox çətinlik çəkənlər isə təkvalideynli ailələrdir. Onların 14,3 faizi enerji ödənişləri üzrə borca düşüb. Bu rəqəm ölkə üzrə orta göstəricidən (3,9 faiz) üç dəfədən çoxdur

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
08 AVQUST 2026
Bütün Xəbərlər