Türkiyə Qara dənizdə gəmilərin hərəkətini məhdudlaşdırır [[– SƏBƏB ]]

Türkiyə Qara dənizdə gəmilərin hərəkətini məhdudlaşdırır [[– SƏBƏB
]]
08.08.2026 14:59 Dünya

Türkiyə Qara dənizdə gəmilərin hərəkətinə məhdudiyyətlər tətbiq edib.

TodayPress TV xəbər verir ki, “Bloomberg”in məlumatına görə, qərar pilotsuz uçuş aparatlarının (PUA) hücumları fonunda qəbul edilib.

Məhdudiyyətlərin səbəbi ilə bağlı Türkiyənin yerli hakimiyyət orqanları tərəfindən rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, son günlər Qara dənizdə ticarət gəmilərinə və liman infrastrukturuna hücumlar artıb. Avqustun əvvəlində Türkiyəyə məxsus gəmi də Novorossiysk yaxınlığında PUA hücumuna məruz qalıb və üç ekipaj üzvü ciddi xəsarət alıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
08 AVQUST 2026
Bütün Xəbərlər