TƏCİLİ: Paşinyan Trampa zəng edərək bu mövzuları müzakirə etdi

TƏCİLİ: Paşinyan Trampa zəng edərək bu mövzuları müzakirə etdi
08.08.2026 18:29 Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampla telefon danışığı keçirib.

TodayPress TV xəbər verir ki, söhbət zamanı Paşinyan Trampın şəxsi səylərinin regionda sülhün bərqərar olmasında həlledici rolunu vurğulayıb və ona təşəkkür edib.

Tərəflər TRIPP layihəsi üzrə tikinti işlərinə mümkün qədər tez başlanılması ilə bağlı öhdəliklərini bir daha təsdiqləyiblər.

Telefon danışığı zamanı Ermənistan-ABŞ ikitərəfli münasibətləri, eləcə də beynəlxalq gündəmdəki digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
08 AVQUST 2026
Bütün Xəbərlər