Uitkoff Azərbaycan və Ermənistan üçün nə dedi?
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Azərbaycan və Ermənistan arasında sülh prosesində Donald Trampın rolunu yüksək qiymətləndirib.
TodayPress TV xəbər verir ki, Uitkoff bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Bir il əvvəl bu gün ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan liderlərinin tarixi görüşünü təşkil etdi. Görüşün nəticəsi 35 illik münaqişəyə son qoyan sülh sazişinin paraflanması oldu”, - deyə o yazıb.
Onun sözlərinə görə, Trampın liderliyi sayəsində Cənubi Qafqaz daha təhlükəsiz, firavan və sabit regiona çevrilib.
“Bu böyük ölkələrin gələcəyi parlaq görünür. Bu tarixi administrasiyanın bir hissəsi olmaqdan qürur duyuram”, - deyə Uitkoff qeyd edib.
Kübra Musayeva