İran Məkkə sazişini HƏDƏF ALDI: "Doğru yolu tapa bilməyiblər"

İran Məkkə sazişini HƏDƏF ALDI: "Doğru yolu tapa bilməyiblər"
08.08.2026 22:23 Dünya

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri İbrahim Əzizi Məkkə sazişinin iştirakçısı olan ölkələri Tehrana qarşı yönəlmiş mümkün addımlardan çəkindirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkə hesabında yazıb.

"Məkkə sazişi göstərir ki, ərəb ölkələri nəhayət təhlükəsizliyin region ölkələrinin əməkdaşlığından asılı olduğunu dərk ediblər, lakin onlar hələ də doğru yolu tapa bilməyiblər!”, - deyə o bildirib.

Əzizi, həmçinin İrana qarşı mümkün addımların nəticələri barədə xəbərdarlıq edərək, “heç bir səhvin cavabsız qalmayacağını” vurğulayıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
08 AVQUST 2026
Bütün Xəbərlər