Üç namizəddən biri seçilir – Paşinyan bu gün açıqlayacaq
Ermənistan parlamentinin yeni sədrinin namizədi bu gün məlum olacaq.
TodayPress TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 25-də keçirdiyi brifinqdə deyib.
Paşinyanın sözlərinə görə, bu gün hakim "Vətəndaş Müqaviləsi" Partiyasının iclası keçiriləcək və adı hallanan üç namizəddən biri gizli səsvermə yolu ilə seçiləcək.
Baş nazir bildirib ki, əvvəlcə namizədlərin çıxışları dinləniləcək, daha sonra isə partiya üzvləri gizli səsvermə yolu ilə seçim edəcəklər.
Paşinyan əlavə edib ki, səsvermənin nəticəsindən sonra parlament sədri postuna namizədin adı ictimaiyyətə açıqlanacaq.
Qiymət Mahir