İranda nə baş verəcəkdi? Pezeşkian ölkəsi ilə bağlı dəhşətli planı açıqladı

İranda nə baş verəcəkdi? Pezeşkian ölkəsi ilə bağlı dəhşətli planı açıqladı
09.08.2026 22:04 Dünya

İran Prezidenti Məsud Pezeşkian ölkədə etnik gərginlik yaratmaq və iğtişaşlara səbəb olmaq məqsədilə plan hazırlandığını bildirib.

TodayPress TV bu barədə İran mediasına istinadən xəbər verir.

Pezeşkian qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarına genişmiqyaslı hücumların təşkil edilməsinin əsas məqsədlərindən biri ölkə daxilində etiraz və qarşıdurmalara səbəb olmaq olub.

“Onlar niyə hüquq-mühafizə orqanlarının əməkdaşlarına bu qədər genişmiqyaslı hücumlar etdilər? Axı hüquq-mühafizə orqanları döyüş əməliyyatlarında iştirak edən hərbçilər deyil. Onlara zərbələr endirməyin məqsədi nə idi? Onlar hesab edirdilər ki, hüquq-mühafizə orqanlarına hücumlar küçə etirazlarına və iğtişaşlara səbəb olacaq. Onlar etnik gərginliyi alovlandırmağa ümid edirdilər. Bunun nəticəsində ölkənin parçalanacağını düşünürdülər. Lakin onların bütün planları tamamilə pozuldu”, - deyə İran Prezidenti bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
09 AVQUST 2026
Bütün Xəbərlər