Husilər Moxa limanını raket ATƏŞİNƏ TUTDU!

Husilər Moxa limanını raket ATƏŞİNƏ TUTDU!
09.08.2026 15:10 Dünya

"Ənsar Allah" hərəkatından olan husilər Qırmızı dəniz sahilindəki Moxa limanına zərbələr endiriblər.

TodayPress TV xəbər verir ki, bu barədə Yəmən hərbi mənbələrinə istinadən "Al Arabiya" telekanalı məlumat yayıb.

"Husi dəstələri Moxa limanına raketlər və pilotsuz uçuş aparatları ilə hücum ediblər", - deyə məlumatda bildirilir.

Mümkün dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Qeyd edək ki, Moxa limanı Yəmənin cənub-qərbindəki Taiz əyalətində yerləşir və hökumət qüvvələrinin nəzarəti altındadır.

TodayPress TV

XƏBƏR LENTİ
09 AVQUST 2026
Bütün Xəbərlər