"Milan" Leandro Paredesə rəsmi təklif göndərdi!
İtaliyanın "Milan" klubu Argentina təmsilçisi "Boka Xuniors"unun yarımmüdafiəçisi Leandro Paredesi transfer etmək niyyətindədir.
TodayPress TV "ESPN"ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 32 yaşlı futbolçunun keçidi ilə bağlı Argentina klubuna artıq rəsmi təklif göndərib.
Keçidin baş tutması üçün "Milan" yarımmüdafiəçi ilə şəxsi müqavilənin şərtlərini də razılaşdırmalıdır.
Bununla yanaşı, İtaliya klubu heyətdəki sıxlığı azaltmalıdır. L.Paredesin transferi yalnız komandadakı bir neçə yarımmüdafiəçi satıldıqdan sonra gerçəkləşə bilər.
Qeyd edək ki, "Boka Xuniors"a qayıdan L.Paredes bu komandada keçirdiyi 42 matçda 4 qol vurub və 9 məhsuldar ötürmə müəllifi olub.