Tatamidə gözlənilməz sonluq: İki cüdoçumuz uduzdu!
Bakıda keçirilən cüdo üzrə Dünya Çempionatında Azərbaycan idmançılarının növbəti qarşılaşmaları baş tutub.
TodayPress TV xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən Nizami İmranov Bakı turnirinin 1/16 final mərhələsində rusiyalı Ramazan Abdullayevə məğlub olaraq yarışla vidalaşıb.
Eyni çəki dərəcəsində ölkəmizi təmsil edən digər cüdoçu Turan Bayramov isə 1/32 final mərhələsində Finlandiya idmançısı Lukas Sahaya uduzaraq mübarizəni vaxtından əvvəl başa vurub.
Məlumat üçün bildirək ki, dünya çempionatının ilk yarış günündə 60 kq çəki dərəcəsində çıxış edən Əhməd Yusifov qızıl medal qazanaraq çempion olub. Bu nəticə Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğu kimi tarixə düşüb.
Namiq HUN