Matteo Ruceri "Atletiko"dan AYRILIR? – 20 milyon avroluq transferin detalları

Matteo Ruceri "Atletiko"dan AYRILIR? – 20 milyon avroluq transferin detalları
09.08.2026 11:33 İdman

İngiltərənin "Aston Villa" klubu İspaniyanın "Atletiko" komandasının müdafiəçisi Matteo Rucerini transfer etmək niyyətindədir.

TodayPress TV xəbər verir ki, klublar 24 yaşlı italyan futbolçunun keçidi üçün təxminən 20 milyon avro məbləğində ilkin razılıq əldə ediblər.

Müdafiəçi hazırda İngiltərə təmsilçisi ilə şəxsi müqavilənin şərtlərini müzakirə edir. Keçid hələ rəsmiləşməsə də, M.Ruceri "Aston Villa" ilə danışıqları davam etdirdiyi üçün "Atletiko"nun Cənubi Koreyadakı mövsümlərarası təlim-məşq toplanışına yollanmayıb.

İtalyan futbolçu 2025-ci ilin iyulundan "Atletiko"da çıxış edir və onun klubla müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub. O, 2025/2026 mövsümündə keçirdiyi 47 matçda 7 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, "Transfermarkt" portalı müdafiəçinin dəyərini 28 milyon avro qiymətləndirir.

TodayPress TV

XƏBƏR LENTİ
09 AVQUST 2026
Bütün Xəbərlər