Finlandiya Ukraynaya "Patriot" verməkdən İMTİNA ETDİ: "Milli maraqlara ziddir"

Finlandiya Ukraynaya "Patriot" verməkdən İMTİNA ETDİ: "Milli maraqlara ziddir"
09.08.2026 09:24 Dünya

Finlandiya Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket-interseptorlar vermək niyyətində deyil, çünki bu, milli maraqlara zidd olardı.

TodayPress TV xəbər verir ki, bu barədə Finlandiyanın müdafiə naziri Antti Hakkanen “Ilta-Sanomat” qəzetinə müsahibəsində danışıb.

"Biz öz maraqlarımız naminə əlimizdən gələn hər şeyi etmişik, lakin cəbhəyanı ölkə olaraq hava hücumundan müdafiə sahəsində gələcək döyüş hazırlığımızı təhlükə altına qoya bilmərik”, - deyə o bildirib.

Nazir əlavə edib ki, Finlandiyanın bəzi zenit raketlərinin tədarükü ilə bağlı müəyyən imkanları var, lakin Kiyevə yardım mexanizmləri barədə detalları açıqlamaq niyyətində deyil.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
09 AVQUST 2026
Bütün Xəbərlər