İraqda qonşu ölkəyə PUA hücumu hazırlayan qrup SAXLANILDI
İraq təhlükəsizlik qüvvələri qonşu ölkəyə pilotsuz uçuş aparatları ilə hücum hazırlayan hərbiləşdirilmiş qruplaşmanın tərəfdarlarından ibarət qrupu saxlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, Babildə əyalətində hərbiləşdirilmiş qruplaşmalardan birinə mənsub üç nəfərdən ibarət qrup saxlanılıb.
Bildirilir ki, onlardan İraqdan kənarda hücumlar həyata keçirmək üçün hazırlanmış ən müasir modifikasiyalı bir neçə PUA müsadirə edilib. Mənbələrin iddiasına görə, saxlanılan qrup döyüş PUA-larının hazırlanması üzrə iranlı mütəxəssislərlə əlaqəli olub.
Aysel Mətləb