Xarkovda yaşayış binası HƏDƏF ALINDI - Ölənlər var

Xarkovda yaşayış binası HƏDƏF ALINDI - Ölənlər var
09.08.2026 09:50 Dünya

Rusiya avqustun 9-u səhər Xarkovda çoxmərtəbəli yaşayış binalarına raket zərbələri endirib.

TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna KİV-i şəhər meri İqor Terexovun və Xarkov vilayətinin dövlət administrasiyasının rəhbəri Oleq Sinequbovun “Telegram” kanalına istinadən məlumat yayıb.

Məlumata görə, çox sayda insan yaralanıb, iki nəfər həlak olub, dağıntılar altında insanların olduğu bildirilib.

“Yaşayış binasına zərbə endirilməsi barədə məlumat təsdiqlənib, 7-10-cu mərtəbələr dağılıb. Yaralılar barədə məlumat var, onların sayı və vəziyyəti dəqiqləşdirilir”, - deyə Terexov yazıb.

Daha sonra o, yaralananların sayının 12 nəfər olduğunu açıqlayıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
09 AVQUST 2026
Bütün Xəbərlər