Trampdan İranla bağlı müəmmalı çıxış: “Səssiz hərəkət edirik”
ABŞ Prezidenti Donald Tramp İranın iqtisadi vəziyyətinin pisləşdiyini və nəticədə Tehranla razılaşma əldə olunacağını bildirib.
TodayPress TV xəbər verir ki, Tramp bu barədə “Axios”a müsahibəsində danışıb. ABŞ lideri Tehrana qarşı növbəti addımlarla bağlı “Biz səssiz şəkildə hərəkət edirik” deyə qeyd edib.
Nəşrin yazdığına görə, ABŞ rəsmiləri Trampın bir həftə əvvəl İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə meylli olduğunu, lakin sonradan onu hələlik gərginliyin azaldılması yolunu seçməyə inandırdıqlarını bildiriblər.