Kanadada sakinlər helikopterlə təxliyə edildilər - DƏHŞƏTLİ MƏNZƏRƏ
Kanadanın qərbində genişmiqyaslı meşə yanğınları səbəbilə təhlükəli ərazilərdə yaşayan 22 min nəfər təxliyə edilib.
TodayPress TV xəbər verir ki, Kanada KİV-inin yaydığı məlumata görə, 10 min hektardan çox ərazini əhatə edən yanğınlar Britaniya Kolumbiyası əyalətində fövqəladə vəziyyət elan edilməsinə səbəb olub.
Hazırda əyalətdə 105 meşə yanğını ocağı aktivdir. Təhlükəli ərazilərdən sakinlərin təxliyəsi üçün helikopterlərdən də istifadə olunur.