Dünyanın ən yaşlı prezidenti yoxa çıxdı

Dünyanın ən yaşlı prezidenti yoxa çıxdı
10.08.2026 00:29 Dünya

Kamerunun 93 yaşlı prezidenti Pol Biya artıq iki aydır ölkə xaricindədir. Onun uzun müddət ölkəyə qayıtmaması səhhəti ilə bağlı suallar yaradıb.

TodayPress TV xəbər verir ki, ABC News-un məlumatına görə,  1982-ci ildən Kameruna rəhbərlik edən Biya iyunun 7-də ölkəni tərk edib. Prezidentin ofisi həmin vaxt onun Avropaya “qısa şəxsi səfər”ə getdiyini açıqlasa da, səfər gözləniləndən xeyli uzun çəkib.

Biyanın səhhəti uzun illərdir müzakirə mövzusudur. O, mütəmadi olaraq Fransa və İsveçrədə uzun müddət qalır. Bu müddətdə ölkədə prezidentin bəzi idarəçilik funksiyalarını partiya nümayəndələri və ailə üzvləri həyata keçirir.

XƏBƏR LENTİ
10 AVQUST 2026
Bütün Xəbərlər