Türkiyə rus neftindən üz döndərir - Yeni seçimlərə yönəldi
Türkiyə Qara dənizdə yaranan fasilələr səbəbindən Rusiyadan neft idxalını kəskin azaldıb.
TodayPress TV xəbər verir ki, “Reuters”in məlumatına görə, iyul ayında Rusiyanın limanlarından Türkiyəyə neft tədarükü əvvəlki ayla müqayisədə 1,2 milyon tondan 900 min tona düşüb.
Qara dəniz üzərindən həyata keçirilən tədarüklər isə demək olar ki, iki dəfə azalaraq 300 min tondan bir qədər çox olub. Avqust ayında dron hücumlarından sonra yükləmələrdə yaranan fasilələr səbəbindən azalmanın davam edə biləcəyi bildirilir.
Yaranan neft çatışmazlığı fonunda Türkiyə Braziliya və Qayanadan neft alışını artırır.
Kübra Musayeva