Çimərlikdən dron qalıqları tapıldı – ərazi mühasirəyə alındı

Çimərlikdən dron qalıqları tapıldı – ərazi mühasirəyə alındı
14.08.2026 16:55 Dünya

Rumıniyanın Kostinesti kəndində yerləşən çimərlikdə pilotsuz uçuş aparatına məxsus hissə aşkarlanıb.

TodayPress TV "RBC-Ukrayna"ya istinadən xəbər verir ki,  tapıntının aşkar edilməsindən sonra hüquq-mühafizə orqanları ərazini dərhal mühasirəyə alıb və sahil zonasına girişə nəzarət tətbiq edib.

Şübhəli obyekt birbaşa sahildə aşkarlanıb. Hadisə yerinə gələn mütəxəssislər təhlükəsizlik perimetri yaradıb və daha sonra tapılan hissənin pilotsuz uçuş aparatına məxsus olduğunu təsdiqləyiblər.

Bildirilir ki, dronun qalıqları bir gün əvvəl başqa bir PUA hissəsinin aşkar edildiyi ərazinin yaxınlığında tapılıb. Mütəxəssislər yeni tapılan parçanın əvvəlki gün aşkarlanan drona aid ola biləcəyini istisna etmirlər.

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər