Abbasov istedadların üzə çıxması üçün bölgələrə də diqqət çağırışı etdi

Abbasov istedadların üzə çıxması üçün bölgələrə də diqqət çağırışı etdi
14.08.2026 18:06 İdman

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov “Sabahın Ulduzları” turniri barədə fikirlərini bildirib. 

TodayPress TV xəbər verir ki, o, bu layihənin uşaq, yeniyetmə, gənclər futbolunda vacib olduğunu deyib:

“Yeniyetmə futbolçuların turnirlərdə çıxış etməsi çox vacibdir. “Sabahın Ulduzları” layihəsindən bir çox istedad üzə çıxıb. Bu tip yarışların təkcə Bakıda deyil, bölgələrdə də mümkün qədər çox təşkili Azərbaycan futbolunun yalnız xeyrinə olar. Belədə millilərin məşqçiləri də oradan çıxan istedadları görər, gələcəkdə onların peşəkarlaşmalarına çox kömək edərlər.

Valideynlər də övladlarında istedad görürlərsə, onlara inansınlar, arxalarında dursunlar. Çünki futbolçu olmaq üçün bir çox mərhələlərdən keçməlisən. Bu çətinlikləri asanlaşdırmaq baxımından valideyn dəstəyi çox vacibdir.

Burada ən ağır iş məşqçilərə düşür. Akademiyalardakı məşqçilər futbolumuzun bünövrəsini qoyanlardır. Gənc futbolçuların yetişməsində həmin məşqçilərin əməyi böyükdür. Futbolumuz inkişaf etdikdə onlar da artırmalıdırlar”.

Namiq HUN

FOTOLAR

Abbasov istedadların üzə çıxması üçün bölgələrə də diqqət çağırışı etdi — 1
Abbasov istedadların üzə çıxması üçün bölgələrə də diqqət çağırışı etdi — 2
XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər