ABŞ Putinin səs-küylü İturup səfərinə münasibət bildirdi

ABŞ Putinin səs-küylü   İturup səfərinə münasibət bildirdi
14.08.2026 16:45 Dünya

ABŞ Rusiyanın nəzarətində olan İturup adasına Rusiya  Prezidenti Vladimir Putinin səfərindən sonra Yaponiyanın mövqeyinə dəstəyini açıqlayıb.

TodayPress TV  xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-nin Yaponiyadakı səfiri Corc Qlass Vaşinqtonun Yaponiyanın “Şimal əraziləri” adlandırdığı mübahisəli adalar üzərində suverenliyini tanıdığını bildirib.

“ABŞ ən mühüm müttəfiqinə dəstəyini qətiyyətlə davam etdirir və Yaponiyanın Şimal əraziləri üzərində suverenliyini tanıyır”, – deyə Qlass bildirib.

Səfir qeyd edib ki, ABŞ-Yaponiya ittifaqı Hind-Sakit okean regionunda sülh və sabitliyin qorunmasına yönəlib. O, regionda sabitliyi poza biləcək addımlara qarşı çıxacaqlarını vurğulayıb.

Qeyd edək ki, Putin avqustun 13-də Rusiyanın nəzarətində olan İturup adasına səfər edib. Yaponiya səfəri sərt şəkildə pisləyərək Rusiyaya etirazını bildirib. Tokio İturupu və digər üç adanı “Şimal əraziləri” adlandırır və onların Yaponiyaya məxsus olduğunu bildirib. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər