Rumıniyada həyəcan: Ukrayna sərhədinə dron düşdü
Rumıniyanın cənub-şərqində, Ukrayna ilə sərhəddən təxminən 5 kilometr məsafədə meşəlik əraziyə pilotsuz uçuş aparatı düşüb.
TodayPress TV xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə Luncavita kəndi yaxınlığında baş verib. Nazirlik bildirib ki, dron çox aşağı hündürlükdə uçduğu üçün radar sistemləri tərəfindən aşkar edilməyib.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Qeyd edək ki, Rumıniyanın Ukrayna ilə 614 kilometrlik quru sərhədi var. Ölkənin hava məkanı daha əvvəl də Rusiya dronlarının mümkün pozuntuları ilə əlaqədar təhlükəsizlik gündəminə çevrilib.
TodayPress TV