Almaniyada dəhşətli meşə yanğını: Bütün kənd təxliyə edildi

Almaniyada dəhşətli meşə yanğını: Bütün kənd təxliyə edildi
14.08.2026 14:47 Dünya

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində güclü meşə yanğını səbəbindən təxminən 1800 nəfərin yaşadığı kənd tamamilə boşaldılıb.

TodayPress TV xəbər verir ki, “Bild” qəzetinin məlumatına görə, Qayın yaxınlığında təxminən 25 hektarlıq meşə sahəsi yanır.

Bu ərazi təxminən 35 futbol meydanına bərabərdir. Yanğınla əlaqədar bölgədə vəziyyət kritik olaraq qalır və hadisə yerində böhran mərkəzi yaradılıb.

Xilasedicilərin meşədə hərəkətini təmin etmək və yol açmaq üçün əraziyə hərbi tank da cəlb olunub. Qonşu Hessen əyalətində də meşə yanğınları səbəbindən suya tələbat artıb. Hakimiyyət əhalini su ehtiyatlarından qənaətlə istifadə etməyə çağırıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər