“Tvente” – “Qarabağ” matçında albaniyalı hakimlər ədaləti qoruyacaq!

“Tvente” – “Qarabağ” matçında albaniyalı hakimlər ədaləti qoruyacaq!
14.08.2026 14:49 İdman

Niderlandın Enshede şəhərində “Tvente” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununun hakimləri müəyyənləşib.

TodayPress TV xəbər verir ki, qarşılaşmanı Albaniyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim funksiyasını Yucin Caya yerinə yetirəcək. Ona həmyerliləri Reydi Avdo və Mario Şazivari kömək edəcəklər. Emanuela Rusta isə dördüncü hakim olacaq.

VAR hakimi italiyalı Canluka Aureliano, AVAR hakimi isə albaniyalı Albert Doda olacaq.

Qeyd edək ki, “Tvente” – “Qarabağ” oyunu avqustun 20-də, saat 22:00-da Enshede stadionunda keçiriləcək. Komandalar arasında cavab qarşılaşması avqustun 27-də Bakıda baş tutacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər