Bakıda böyük oyun: “Qarabağ” – “Tvente” matçını norveçlilər idarə edəcək!

Bakıda böyük oyun: “Qarabağ” – “Tvente” matçını norveçlilər idarə edəcək!
14.08.2026 15:24 İdman

Bakıda “Qarabağ” və Niderlandın “Tvente” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa hakim təyinatları açıqlanıb.

TodayPress TV xəbər verir ki, qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək.

FIFA referisi Rohit Saqqi baş hakim olacaq. Ona həmyerliləri Anders-Olav Dale və Ule-Andreas Haukosen kömək edəcəklər. 

Marius Hansen-Qretta isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

VAR hakimi Kristoffer Haqenes, AVAR hakimi isə avstriyalı Alan Kiyas olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Tvente” oyunu avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər