Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatında yeni təyinat olub. Nazir Rəşad İsmayılovun müvafiq əmri ilə Rövşən Fətullayev Strateji Proqnozlaşdırma şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
TodayPress TV “Axar.az”a istinadən xəbər verir ki, məlumatı nazirlikdən təsdiqləyiblər.
Qeyd edək ki, Rövşən Fətullayev uzun müddət Dövlət Neft Şirkətində (SOCAR) Ekoloji Layihələrin İdarə Edilməsi şöbəsinin rəisi vəzifəsində çalışıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Təyinat
Rəşad İsmayılov
Rövşən Fətullayev
SOCAR
Todaypress.tv