Doku Mareskinin planını bəyəndi: “Bacardığım hər şeyi edəcəyəm!”

Doku Mareskinin planını bəyəndi: “Bacardığım hər şeyi edəcəyəm!”
14.08.2026 17:35 İdman

“Mançester Siti”nin yarımmüdafiəçisi Jeremi Doku komandanın baş məşqçisi Enzo Mareski ilə işləmək barədə gözləntilərini açıqlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Doku Mareskinin oyun üslubunu bəyəndiyini bildirib:

“Cənubi Koreyada keçirilən yoxlama oyunlarına və digər matçlara baxdım. Oyun üslubu çox cəlbedicidir. Əvvəlki klublarında da bu üslubu görmüşəm və mənə çox uyğundur. Xüsusilə vingerlərin aqressiv oyunu xoşuma gəlir. O, təhlükəli epizodların yaradılmasında vingerlərinə böyük üstünlük verir və oyunlardan göründüyü kimi, onlar da bunu həyata keçirirlər.

Mən sadəcə komandaya öz töhfəmi verməyə, bacardığım hər şeyi göstərməyə və ondan tələb olunanları yerinə yetirməyə çalışacağam”.

Doku daha sonra komandanın əvvəlki baş məşqçisi Pep Qvardiolaya da təşəkkür edib:

“Pepi mənimlə keçirdiyi illərə görə təbrik etmək istəyirəm. Bu illər möhtəşəm oldu və mən ondan çox şey öyrəndim. İlk söhbətimizi xatırlayıram. Hazırda burada olmağım və yeni müqavilə imzalamağım da onun sayəsindədir. Enzo ilə işləyəcəyim üçün çox şadam”.

Qeyd edək ki, belçikalı futbolçu klubla müqaviləsini 2031-ci ilə qədər uzadıb.

Namiq HUN

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər