Mərdəkan sakinlərinin DİQQƏTİNƏ! Bu avtobusların hərəkət sxemi dəyişdi

    Mərdəkan sakinlərinin DİQQƏTİNƏ! Bu avtobusların hərəkət sxemi dəyişdi
14.08.2026 18:42 Cəmiyyət

Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bu barədə TodayPress TV-yə Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, məhdudiyyət səbəbindən 112,140,140E,141,144,146,182, 340, 446 nömrəli müntəzəm marşrutların hərəkəti Mərdəkan-Qala şosesi, 28 May, Dəmiryolçular, Xəzri və Baba Əliyev küçələri ilə təşkil edilib.

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər