Rusiyanın neft “qapısı bağlandı” - Dronlar hər şeyi alt-üst etdi

Rusiyanın neft “qapısı bağlandı” - Dronlar hər şeyi alt-üst etdi
14.08.2026 19:37 Dünya

Rusiyanın Qara dənizdəki ən böyük neft terminalı dron hücumundan sonra fəaliyyətini dayandırıb.

TodayPress TV xəbər verir ki, “Reuters”in məlumatına görə, Rusiyanın Novorossiysk limanındakı “Şesxaris” neft terminalında neft yüklənməsi dayandırılıb.

Gündəlik təxminən 700 min barel neftin daşındığı terminal hücumdan sonra neft qəbulunu da dayandırıb. Agentliyin mənbələrindən biri bildirib ki, çənlər maksimum doluluq həddinə çatdığı üçün limana yeni neft qəbul edilmir.

“Şesxaris” Rusiyanın Qara dənizdə yerləşən əsas neft ixrac terminallarından biridir. İyul ayında Novorossiysk vasitəsilə gündəlik təxminən 1 milyon barel neft ixrac edilib.

Kübra Musayeva

XƏBƏR LENTİ
14 AVQUST 2026
Bütün Xəbərlər