Trampa qarşı sui-qəsd planı - İranlı generalın qisası alınacaq
İsrail İranın ABŞ Prezidenti Donald Trampa qarşı hazırladığı iddia edilən yeni sui-qəsd planı ilə bağlı kəşfiyyat məlumatlarını Vaşinqtonla bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, İran 2020-ci ildə ABŞ-nin SEPAH "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymanini öldürməsindən sonra Trampı açıq şəkildə hədəfə alacağını dəfələrlə bəyan edib. Trampın öldürülməsinə çağırışlar İranın ali dini lideri Əli Xameneinin dəfn mərasimləri çərçivəsində də səsləndirilib.
Hesabatda qeyd olunur ki, İsrailin bu kəşfiyyat məlumatını ABŞ-yə nə vaxt və hansı kanal vasitəsilə ötürdüyü hələlik məlum deyil.
Donald Tramp son illərdə bir neçə sui-qəsd cəhdinin hədəfi olub. Onlardan ən səs-küylüsü 2024-cü ildə baş verən silahlı hücum idi. Həmin hadisə zamanı atılan güllə onun qulağını cüzi şəkildə yaralamışdı.
Tramp bu həftə özünə qarşı mövcud təhdidlərə toxunaraq belə deyib:
"Mən onların bütün siyahılarındayam. Bu səhər gördüm ki, onların hər bir siyahısında adım var. İndiyədək bir qədər şanslı olmuşam, amma bu, uzun müddət davam etməyə də bilər”.