Trampdan gözlənilməz müdaxilə: ABŞ-Cənubi Koreya təlimləri vaxtından əvvəl bitir

Trampdan gözlənilməz müdaxilə: ABŞ-Cənubi Koreya təlimləri vaxtından əvvəl bitir
19.08.2026 11:00 Dünya

ABŞ və Cənubi Koreyanın birgə “Azadlıq Qalxanı” hərbi təlimləri avqustun 21-də başa çatacaq.

TodayPress TV xəbər verir ki, ABŞ və Cənubi Koreyanın illik “Azadlıq Qalxanı” (“Ulchi Freedom Shield”) hərbi təlimləri əvvəlcədən planlaşdırıldığı kimi avqustun 27-də deyil, avqustun 21-də başa çatacaq.

Bu barədə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi "NBC News"a bildirib.

Cənubi Koreyanın Müdafiə Nazirliyi də iki ölkənin “ABŞ tərəfinin xahişi ilə təlimlərin müddətinə və miqyasına bəzi düzəlişlər etmək barədə razılaşdığını” açıqlayıb.

Təlimlərin başlanmasına bir neçə saat qalmış ABŞ prezidenti Donald Trampın verdiyi gözlənilməz açıqlamalar ABŞ-dan təhlükəsizlik məsələlərində böyük ölçüdə asılı olan Cənubi Koreyanı, eləcə də nüvə silahına malik Şimali Koreyanın artan təhdidi ilə üzləşən regiondakı digər ABŞ müttəfiqlərini narahat edib.

Qiymət Mahir

XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər