Tramp Sidneydəki terror aktını dəhşətli hadisə adlandırdı

Tramp Sidneydəki terror aktını dəhşətli hadisə adlandırdı
14.12.2025 23:58 Dünya

ABŞ Prezidenti Donald Tramp Sidneydəki terror aktını və Suriyadakı Amerika hərbçilərinə hücumu şərh edib.

TodayPress TV xəbər verir ki, Ağ Evdə çıxış edən ABŞ lideri Sidneydə çimərlikdəki hücumunu dəhşətli hadisə adlandırıb, eyni zamanda atıcının hücumu tamamlamasına mane olan cəsur insana böyük hörmətini ifadə edib.

"Avstraliyadakı hücum zamanı çox cəsarətli bir adam təcavüzkarlardan biri ilə döyüşə girdi və bir çox insanın həyatını xilas etdi", - Tramp deyib.

O, həmçinin İŞİD-in Palmirada ABŞ-Suriya patruluna hücumuna da toxunub. "Üç böyük vətənpərvərimiz pis insanlar üzündən həlak oldu. Bunlar Suriya hakimiyyəti deyil, İŞİD idi. Suriya hökuməti bizim tərəfimizdə vuruşdu", - ABŞ Prezidenti deyib.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər