Starmer: "ABŞ–Avropa münasibətlərində gərginlik artıb"

Starmer: "ABŞ–Avropa münasibətlərində gərginlik artıb"
04.05.2026 19:30 Dünya

Böyük Britaniyanın Baş naziri ABŞ və Avropa arasında gərginliyin artdığını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Məlumata görə, Keir Starmer müttəfiqlər arasında münasibətlərin istənilən səviyyədə olmadığını vurğulayıb.

“Etiraf etməliyik ki, bəzi ittifaqlar gözlədiyimiz vəziyyətdə deyil. Münasibətlərdə olması lazım olandan daha çox gərginlik var”, — deyə Starmer bildirib.

O əlavə edib ki, Avropa müdafiə xərclərini artırmalıdır, çünki bu sahədə illərdir geri qalır.

Baş nazir, həmçinin NATO daxilində “Avropa komponentinin” gücləndirilməsinin vacibliyini qeyd edib.

Qiymət Mahir

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər