Semeru vulkanı yenidən oyandı, 5 kilometrlik zona bağlandı
İndoneziyanın Şərqi Yava əyalətində Semeru vulkanı püskürüb.
TodayPress TV xəbər verir ki, bu barədə "Antara" agentliyi müşahidə məntəqəsinə istinadən məlumat yayıb.
Məlumata görə, kül vulkanın zirvəsindən 1 000 metr hündürlüyə, yəni dəniz səviyyəsindən 4 676 metr yüksəyə qalxıb. Püskürmə şərq istiqamətində yayılan sıx boz külün atılması ilə müşayiət olunub. Vulkanın qızğın daşlar püskürtməsi riski səbəbindən turistlərin və yerli sakinlərin kraterdən 5 kilometr radiusda olması qadağandır.
Qeyd edək ki, Semeru İndoneziyada hündürlüyünə görə dördüncü vulkandır (dəniz səviyyəsindən 3 676 metr) və Yava adasının ən yüksək zirvəsidir.
Aysel Mətləb