Rusiyanın neft infrastrukturu yenidən hədəfdə - VİDEO

Rusiyanın neft infrastrukturu yenidən hədəfdə - VİDEO
25.06.2026 08:56 Dünya

Rusiyanın Krasnodar diyarının Poltavskaya stanitsasında yerləşən üç neft və yanacaq anbarında güclü yanğın baş verib.

TodayPress TV xəbər verir ki, Rusiya mediasının məlumatına görə, hadisəyə səbəb Ukrayna dronlarının hücumudur.

Əraziyə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunub. İlkin məlumata görə, yanğın neft bazasının ərazisində yerləşən anbarları əhatə edib.

Yanğının miqyası, dəymiş zərər və ya həlak olanlar barədə rəsmi məlumat yoxdur.

Qeyd edək ki, hücum hədəfləri arasında Krımın paytaxtı Simferopolun da olduğu bildirilir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
25 IYUN 2026
Bütün Xəbərlər