Rusiyadan İrəvana xəbərdarlıq: “Avropa qiymətlərinə hazır olun”
"Ermənistan Avrasiya İqtisadi İttifaqına qoşulduqdan sonra bütün iqtisadi güzəştləri paket kimi alıb".
TodayPress TV xəbər verir ki, bu sözləri Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk deyib.
O qeyd edib ki, bu güzəştlər paketinə ucuz qaz da daxildir.
Rusiya rəsmisi əlavə edib ki, Ermənistan “Avropada olmaq” istəyirsə, qiymətlər də Avropadakı kimi olacaq.