Rusiya Kiyevi vurdu: iki nəfər öldü, onlarla insan yaralandı

Rusiya Kiyevi vurdu: iki nəfər öldü, onlarla insan yaralandı
28.12.2025 11:45 Dünya

Rusiya ordusunun dekabrın 27-də Ukraynanın paytaxtı Kiyevə zərbə endirməsi nəticəsində yaralananların sayı 32-yə çatıb, iki nəfər həlak olub.

TodayPress TV xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Xidməti teleqram kanalında məlumat yayıb.

Qeyd olunub ki, xilasedicilər zərbələrdən sonra şəhərin bütün ərazilərində xilasetmə işlərini başa çatdırıblar.

Son məlumata görə, xəsarət alanlardan 2-si uşaqdır.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər