Roma: Bazalarımızın İrana qarşı istifadə olunmasına icazə verməmişik

Roma: Bazalarımızın İrana qarşı istifadə olunmasına icazə verməmişik
25.06.2026 19:35 Dünya

Roma İrana qarşı hər hansı bir hərbi əməliyyatda iştirak etməyib və zərbələr endirilməsi üçün öz bazalarından istifadə olunmasına icazə verməyib.

TodayPress TV xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığından sonra bəyan edib.

"Mən İranın xarici işlər naziri Əraqçi ilə danışdım. İtaliya, ABŞ ilə bağlanmış müqavilələrə tam şəkildə riayət etməklə, heç vaxt hər hansı bir hərbi təşəbbüsdə iştirak etməyib və İrana qarşı müharibə aktları üçün öz bazalarından istifadə olunmasına heç vaxt icazə verməyib", - deyə o bildirib.

Nazir, həmçinin Körfəz ilə Ərəbistan dənizi arasında yerləşən və regiondakı gərginliklərdə uzun müddətdir ki, ixtilaf nöqtəsi olan strateji əhəmiyyətli dəniz marşrutunun - Hörmüz boğazının yenidən açılmasına çağırış edib:

"Mən Hörmüz boğazının tamamilə yenidən açılmasına və hələ də orada bloklanmış vəziyyətdə qalan bütün İtaliya yük gəmilərinin keçidinin təmin edilməsinə çağırdım".

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
25 IYUN 2026
Bütün Xəbərlər