Robi, Serj, Kaluqatsu və Qaqo... — Paşinyan onlara müharibə elan etdi

Robi, Serj, Kaluqatsu və Qaqo... — Paşinyan onlara müharibə elan etdi
20.05.2026 18:20 Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyan, həmçinin iş adamları Samvel Karapetyan və Qagik Çarukyan barədə sərt açıqlama verib.

TodayPress TV xəbər verir ki, Paşinyan Qarabağdan olan keçmiş siyasi elitanı hədəf alaraq, onların Ermənistandakı təsirinə son qoyacağını bildirib.

O, çıxışında həmin şəxslərə qarşı kəskin ifadələr işlədib.

Robi (Robert Köçəryan), Serj (Serj Sərkisyan), Kaluqatsu (Samvel Karapetyan), Qaqonun (Qagik Çarukyan) rəhbərlik etdiyi Qarabağın yalançı elitasına deyirəm: sizin kökünüzü kəsəcəm Ermənistandan. Alçaqlar, siz nə üçün sağsınız? - deyə Nikol Paşinyan bildirib.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər