Qrenlandiya Danimarkaya daha da yaxınlaşır

Qrenlandiya Danimarkaya daha da yaxınlaşır
28.01.2026 12:44 Dünya

Qrenlandiya ABŞ tərəfindən artan təzyiqlər fonunda Danimarka ilə münasibətləri daha da möhkəmləndirir və Avropa ilə birgə mövqe sərgiləməyə çalışır.

TodayPress TV xəbər verir ki, bunu "RİA"ya açıqlamasında Qrenlandiya parlamentinin vitse-spikeri Bentiaraq Ottosen deyib.

Onun sözlərinə görə, Qrenlandiya artıq 300 ildir Danimarkanın çərçivəsində mövcuddur və mövcud vəziyyət çətin olsa da, ada daxilində birlik güclənir.

“Qrenlandiyalılar bir yerdə dayanmalıdırlar, həmçinin Danimarka və Avropa ilə birlikdə”, – deyə siyasətçi vurğulayıb.

Ottosen qeyd edib ki, qrenlandiyalılar ABŞ-nin mümkün nəzarətindən narahatdırlar, lakin tərəfdaş münasibətləri qorumaq və eskalasiyaya yol verməmək niyyətindədirlər..

Qiymət Mahir

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər