Qazaxıstanda yeni konstitusiya qəbul edildi
Qazaxıstanda referenduma çıxarılan yeni konstitusiya layihəsi rəsmi olaraq mərasimdə qəbul edilib.
TodayPress TV xəbər verir ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyası ölkə miqyasında keçirilən konstitusiya referendumunun yekun nəticələrini açıqlayıb.
"Referenduma çıxarılan yeni konstitusiya qəbul edilmiş hesab olunur, çünki səsvermədə iştirak edən vətəndaşların yarıdan çoxu, yəni 87,15%-i lehinə səs verib və ölkənin regionlarının üçdə ikisindən çoxunda, əyalət mərkəzi səviyyəsindəki şəhərlərdə və paytaxtda dəstəklənib”, - deyə bəyanatda bildirilib.
Aysel Mətləb