Qaqik Tsarukyanın toxunulmazlığı ləğv edilir?
Ermənistanda müxalif "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyanın toxunulmazlığının ləğv olunması müzakirə olunur.
TodayPress TV Ermənistan mediasına istinadən xəbər verir ki, Baş Prokurorluq bununla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət ünvanlayıb.
Hazırda vəsatətin əsasları açıqlanmır.
Xatırladaq ki, daha əvvəl "Çiçəklənən Ermənistan" partiyası seçkilərdə səslərin 3,9893 %-ni toplayıb və dörd faizlik keçid bariyerini aşa bilməyib.