Qalibafdan Vaşinqtona sərt ultimatum: Bu zərbələrin cavabı qisas olacaq!
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-nin son hücumlarına sərt reaksiya verib.
TodayPress TV xəbər verir ki, Qalibaf Vaşinqtonu verdiyi öhdəlikləri pozmaqda ittiham edərək, hücumların cavabsız qalmayacağını bildirib.
“Amerika hələ də anlamayıb ki, qorxutmaq və vədləri pozmaq artıq bağışlanmır. Bu zərbələrin cavabı qisas olacaq”, – deyə o vurğulayıb.
Qalibaf həmçinin bildirib ki, Hörmüz boğazının açılması yalnız İranla əldə olunacaq razılaşmalardan asılıdır, ABŞ-nin təhdidlərindən deyil.
Nicat Osmanlı