Putin Ermənistanın Aİ planlarını ŞƏRH ETDİ - VİDEO
“Bu, sırf iqtisadi xarakterli məsələlərdir. Hər şey hesablanmalıdır. Diqqətlə baxın və qərar verin".
TodayPress TV xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Avropa İttifaqına inteqrasiya planlarını şərh edərkən edib.
Putin bildirib ki, söhbət əsasən iqtisadi məsələlərdən gedir və bütün amillərin diqqətlə hesablanması lazımdır.
O xatırladıb ki, Ukraynadakı böhran da Ukraynanın Aİ-yə qoşulmaq cəhdləri ilə başladı.